• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2196
— 19.03.2022 20:10

Novruz şənlikləri keçiriləcək məkanlarda operativ yanğın-texniki müayinələr aparılıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublikanın şəhər və rayonlarında Novruz şənlikləri keçiriləcək qapalı və açıq məkanlarda yanğın təhlükəsizliyi tələblərinin təmin olunması ilə bağlı operativ yanğın-texniki müayinələr keçirilib. Müayinələr zamanı ilk növbədə tədbir keçiriləcək məkanlarda yanğın mühafizə sistemlərinin mövcudluğuna, sazlığına, yanğına qarşı su təsərrüfatının, ilkin yanğınsöndürmə vasitələrinin işlək vəziyyətdə olmasına, fövqəladə hal zamanı insanların təxliyəsinin düzgün təşkili imkanlarına diqqət yetirilib.