• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 19.03.2022 20:02

Şəhidin doğum günü məzarı başında qeyd olunub

KepezTV Player

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon təşkilatı tərəfindən şəhid Eşqin Tağıyevin doğum günü keçirilib.Tağıyev Eşqin Asif oğlu 1998-ci il, mart ayının 18-də Göygöl rayonunun Üçtəpə kəndində anadan olub. Əslən Kəlbəcərdən olan qəhrəmanımız Azərbaycan ordusunda Xüsusi təyinnatlı qrupun giziri olub. Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabr ayının 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidin doğum günündə - Kəlbəcər rayon icra hakimiyyətinin, Yap Kəlbəcər rayon təşkilatının, rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailəsini yalnız buraxmayıb. Vətənin cəsur oğlu Eşqin Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə", “Azərbaycan bayrağı” ordenləri, "Cəbrayılın və Xocavəndin azad olunmasına görə" və Vətən uğrunda medalları ilə təltif edilib.