• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 19.03.2022 20:00

Sürət qatarı yoxsa avtobus?

KepezTV Player

Bu gündən başlıyaraq Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olundu. Artıq sərnişinlər rahat şəkildə mənzil başına çata biləcəklər. Ancaq qatarda gediş haqqında qiymətlərin iki dəfə artırılması sərnişinlərin avtobusla getmək istəyini daha aktual edir. Mövzunu əməkdaşımız Elnur Vahidoğlu davam etdirir.

Pandemiyya səbəbindən Bakı-Gəncə sürət qatarı fəaliyyət göstərmirdi. Verilən qərara əsasən sürət qatarının yenidən fəaliyyəti bərpa edilib. Artıq sürət qatarı Gəncə stansiyasındadır.

Bakıdan səhər saat 8-də yola düşən sürət qatarı saat 11:40-da Gəncəyə çatıb. 3 saat 40 dəqiqə yolda olan qatara bilətlərin satışı ikimərtəbəli nəqliyyat vasitəsinin 367 oturacaq yer üçün nəzərdə tutulub. Bileti yaşı 18-dən yuxarı olan sərnişinlər peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı varsa əldə edə bilərlər. Bakıdan Gəncəyə və əks istiqamətə getmək istəyənlər standart yerlər üçün 20, biznes yerlər üçün isə 33 manatından keçməlidirlər.

Firuzə Qasımova  sərnişin: Qiymətlər bahadır. 20 manat çox bahadır

Zahid Xəlilov  kassir: Azda olsa sərnişinlərin azlığı hiss olunur. Yəqin ki, bu da getdikcə yerinə düşəcək. 4 bilet satmışıq.

Gəncədən Bakıya getmək üçün sərnişinlərin ən çox istifadə etdikləri digər nəqliyyat vastələrindən biri də avtobusdur. Gəncə  Beynəlxalq Avtovağzalından paytaxta hərəkət etmək istəyənlər bunun üçün 8 manat 40 qəpiklərindən keçməlidirlər. Belə olan halda qatarın ya da avtobusun daha sərfəli olması barədə sərnişinlərin dilindən eşidək.

Gündəmdə olan bu məsələyə Gəncədən seçilən millət vəkili Müşfiq Cəfərov münasibət bildirib.

Göründüyü kimi Bakı-Gəncə sürət qatarının açılması sevindirici bir məqam olsa da sərnişinlər qiymət artımından narazıdır. Bu isə məsələnin bir daha nəzərdə keçirilməsinə əsas yaradır.

Elnur Vahidoğlu