Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Zakir Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib. Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının tədris korpusuna baxış keçirib. Tədris korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün hər cür şərait mövcuddur.
- Baxış: 681