KepezTV Player
Novruz bayramı ilə əlaqədar Gəncədə şəhid ailələrinə və aztəminatlı ailələrə bayram bağlaması paylanıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 100 ailəyə sovqat verilib. Bayramlıqlar Mənzil İstismar İdarəsinin nümayəndələri tərəfindən ailələrə çatdırılıb. Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, aztəminatlı aillərərə diqqət göstərmək, dövlət siyasətinin ana xəttini təşkil edir. Novruz bayramı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 76 şəhər və rayonda 4065 imtiyazlı ailəyə yardım verilib. Hazırda bu proses yenə də ayrı-ayrı bölgələrdə davam edir.
- Baxış: 430