• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 19.03.2022 16:02

Ana və azyaşlı qızı xəsarət aldı

KepezTV Player

Dam örtüyü aşdı, su borusu və pəncərələr qırıldı

Gecə saatlarından başlayan və əsməkdə davam edən güclü külək Nizami yurdunda fəsadlar törətməkdədir.Gəncənin Nizami Gəncəvi prospektində güclü külək yolun kənarında dayanan ana və azyaşlı qızının üzərinə evin divarına çəkilmiş üzlük daşları töküb. Nəticədə hər iki şəxs ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Təbiət hadiəsi bəzi küçə və prospektlərdə 10-a yaxın ağacı kökündən qoparıb, bəzilərinin isə budaqlarını sındırıb.Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Gülüstan yaşayış massivində binanın dam örtüyünü yararsız hala salıb. 9-cu binanın şiferlərinin böyük bir qismi və beton piltələr tikilinin önünə düşüb və 3 blokun giriş hissəsini bağlayıb. Eyni zamanda dam örtüyünün zədələnməsi su borularına və bir neçə evin pəncərələrinin şüşələrinə ziyan vurub.