• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1153
— 19.03.2022 12:23

Aşan ağac elektrik naqillərini sıradan çıxarıb

KepezTV Player

Bu gecədən başlayaraq Gəncədə əsən güclü külək fəsadlar törədib. 30-40 km-saat sürətlə müahidə olanan külək şəhərin müxtəlif ərazilərində 4 ağacı aşıb. Dərhal hadisə yerlərinə Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin 4 birqadası cəlb edilib. avtomobillərin və piyadaların hərəkətini çətinləşdirən ağaclar kəsilərək hadisə yerindən daşınıb. Üzeyir Hacıbəyov küçəsində aşan ağac elektrik naqillərini sıradan çıxartdığından ərazidə bir müddət işıq olmayıb. Bərpa işləri aparıldıqdan sonra elektrik enerjisinin verilməsi təmin ediləcək. təbiət hadisəsi nəticəsində xəsarət alanlar olmayıv və aşan ağacalar yaşı çox olan qurumuş və kövrək ağaclar olub.