• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 19.03.2022 12:20

Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını zərərsizləşdirib

KepezTV Player

Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilir. Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib.Məlumata görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusnunu komandanı general-leytenant Andrey Mordviç də martın 18-də məhv olunub. İndiyədək 14 400 rus hərbçi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib. "Rusiya ordusu qismən Donetsk əməliyyat zonasında uğur əldə edib. Onlar müvəqqəti olaraq Ukraynanı Azov dənizinə çıxışdan məhrum ediblər”, - deyə əməliyyat hesabatında qeyd olunub.