• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 19.03.2022 12:10

Daxili ərzaq bazarının qorunmasına dair yeni qərar

KepezTV Player

Azərbaycandan ərzaq mallarının çıxarılması yeni tələblərlə tənzimlənəcək. Nazirlər Kabineti daxili bazarın qorunması ilə bağlı qərar imzalayıb. Ekspertlər deyirlər ki, verilən qərar məhsulların ixracını qadağan etmir, əksinə  nəzarət mexanizmi yaradır. Hazırda dünya bazarlarında əsas ərzaq mallarının qiymətində davamlı artım qeydə alınır, qonşu ölkələrdə məhsulların logistika-təchizat zəncirində problemlər yaranır. Bütün bunların fonunda imzalanan qərar vaxtında və düzgün atılan addım kimi qiymətləndirilir. Onu da qeyd edək ki, hazırda ölkədə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və gözlənilmir də. Belə bir addımın atılmasında məqsəd dünyada narahatlıq yaradan hadisələrdən çıxış edərək qabaqlayıcı tədbirlər görməkdir. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.