• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 18.03.2022 15:55

Narkotik satan şəxslər saxlanılıblar

KepezTV Player

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunub. Həmin şəxs ifadəsində narkotik vasitəni qeyd edilən qəsəbədə yaşayan Mehman adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq Hökməlidə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə olan satış üçün qablaşdırılan marixuana aşkar edilib. Mehman Səfərov ifadəsində bir müddətdir ki, Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.