• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 18.03.2022 12:01

Beş il əvvəl törədilən cinayətin üstü açılıb

KepezTV Player

Ağsuda beş il əvvəl törədilən cinayətin üstü açılıb. Baş Prokurorluqdan verilən məlumata görə, Ağsu şəhər sakini, 1999-cu il təvəllüdlü Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixdə itkin düşməsi faktına görə aparılan istintaqla müəyyən edilib ki, ayın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranan mübahisənin gedişində onu bıçaqlayaraq öldürüb. Meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib, yanvarın 28-də isə oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb. 16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb. Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən törətdiyi əməli etiraf edib.