• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2189
— 17.03.2022 12:36

Gəncədə avtomobil tələbələri vurub, xəsarət alanlar var

KepezTV Player

Gəncədə piyadaların vurulması ilə nəticələnən ağır qəza baş verib. Hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub. Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Arif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bəədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Onlardan Rzayev Eltunun vəziyyəti ağırdır. Məlumata görə, piyadalar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidirlər. Faktla bağlı araşdırma aparılır.