KepezTV Player
Mədəniyyət Nazirliyi “Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib. 15 mart - 15 iyun tarixlərində keçiriləcək müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır. Birinci yerin qalibinə 8000, ikinci yerə çıxan iki nəfərə 4000, üçüncü yeri tutan üç nəfərin hər birinə 3000 manat veriləcək. 10 nəfər üçün nəzərdə tutlan həvəsləndirici mükafatın məbləği isə 500 manatdır. Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.
- Baxış: 335