KepezTV Player
Ukrayna Müdafiə Nazirliyinin müharibənin 20-ci günü ilə bağlı operativ məlumatında Rusiya qoşunlarının Nikolayev istiqamətində hücumunun qarşısının alındığı vurğulanıb. “Qarşı tərəf orduya muzdlu döyüşçüləri cəlb edir. Belarus Silahlı Qüvvələrinin bölmələri Ukrayna ilə sərhəd rayonlara köçürülüb. Ruslar ciddi itki verirlər. Odur ki, beynəlxalq humanitar hüquq normalarını pozaraq, dinc əhali üçün təhlükə yaradırlar. Ruslar şimal istiqamətində əsas səylərini kəşfiyyat işlərinə yönəldiblər”, - qurumun məlumatında bildirilib.
- Baxış: 217