Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman öldürülən Kəlbəcər rayon sakinləri ölkəmizə gətirilərək dəfn ediliblər. Bir ailənin 4 üzvünün eyni anda qətlə yetirildiyi hadisənin qurbanları Göygöldə torpağa tapşırılıb.
Ukraynanın Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Nəticədə Kəlbəcər rayon Təkəqaya kənd sakinləri 56 yaşlı Rəhim İsmayılov, oğlu 27 yaşlı Azər Əlizadə, qardaşı 47 yaşlı Nemət İsmayılov hadisə yerində ölüb. İsmayılovların bacısı oğlu 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həlak olan həmvətənlərimizin nəşləri Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.
Mərhumların qohumları, yaxınları eləcədə Kəlbəcər rayon ictimayyətinin nümayəndlərinin iştirakı ilə həlak olanların nəşləri Kəlbcər rayon sakinlərinin daha sıx məskunlaşdıqları Göygöl rayonun Murovdağ qəsəbəsinə aparılıb. Həlak olan qohumlar orada qəsəbə qəbirstanlığında dəfn olunublar.
Öldürülən Kəlbcər rayon sakinləri uzun müddət idi Ukraynanın Odessa şəhərində yaşayırdılar. Onlar burada ticarətlə məşğul olurmuşlar.
Elnur Vahidoğlu
- Baxış: 556