KepezTV Player
Qarabağ və Şərqi Zəngəzurda icra olunan yol layihələri ilə bağlı vəziyyət açıqlanıb. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Füzuli-Hadrut avtomobil yolunun 300 metr hissəsində asfalt-beton örtüyün alt layı tikilib. İşlər bu ilin sonuna kimi başa çatacaq. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda 8 körpü, 6 tunel və 5 alt keçidin tikintisi davam etdirilir. Yolun inşası 2024-cü ildə yekunlaşacaq. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda isə Murovdağ tunelinin çıxış portalında qazma işlərinə başlanılıb. Yol 2026-cı ildə istifadəyə veriləcək. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 15-dən çox yol layihəsi icra olunur.
- Baxış: 386