• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1088
— 15.03.2022 22:28

Zelenski: “Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”

KepezTV Player

Etiraf etməliyik ki, Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək.Hazırda Ukrayna xalqı NATO-ya deyil, beynəlxalq tərəfdaşlarının dəstəyinə arxalanır. Rusiya ilə həmsərhəd ölkələr NATO xaricində müstəqil müdafiə imkanları barəsində düşünməlidirlər.Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib. Zelenski Qərbin sanksiyalarını alqışladığını, lakin onların Rusiyanı dayandırmaq üçün kifayət etmədiyini, tam embarqoya ehtiyac duyulduğunu vurğulayıb.Rusiya ilə biznes əlaqələrinə davam edən firmaları tənqid edib, Rusiya gəmilərinin bütün dünyada limanlara girişinin qadağan edilməsinə, Rusiyanın bütün banklarının “SWIFT” sistemindən çıxarılmasına çağırıb.