KepezTV Player
Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.
Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 və 16 mart tarixlərində Əhmədbəyli – Şuşa – Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər 7 və 8 aprel tarixlərində həyata keçiriləcək. Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 64 reys həyata keçirilib, 2 800-dən çox sərnişin daşınıb.
- Baxış: 275