• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 14.03.2022 12:22

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb. Göygöl rayon sakini İslam Kərimov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib. Bununla da onun ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İslam Kərimov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq etdiyi təhlükəli manevrlərlə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəhər sakini Faiq Nəcəfovu saxlayıb. Sürücülük hüququ olmadan avtomobil idarə edən və yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmayan F. Nəcəfov barəsində tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka inzibati qaydada həbs edilib.