• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 12.03.2022 16:06

Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

KepezTV Player

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.Qəza rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Süleymanov və onun sərnişini Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Yusifli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.Faktla bağlı araşdırmalara başlanılıb.