Daşkəsən rayonunda COVİD 19-a qarşı peyvəndləmə işi davam edir. Vətəndaşlar könüllülük prinsipi əsasında vaksinasiya olunurlar. Proses mərhələli şəkildə həyata keçirilir.
Daşkəsən rayonunda yaşı 18-dən yuxarı olan şəxslərin 50%-i hər iki dozada vaksin vurdurub. Mərkəzi Rayon Xəstəxanasında peyvənd edilən 7000-dən artıq sakin isə buster dozanı qəbul edib.
Peyvəndlənmə zamanı sıxlıq yaşanmasın deyə karantin məntəqəsindən əlavə səyyar briqadalar da yaradılıb. Ucqar dağ rayonunda COVİD-19-a qarşı vaksinasiyanın mütəşəkkil şəkildə aparılması üçün bütün tədbirlər həyata keçirilib.
Daşkəsəndə koronavirusa qarşı vaksinasiyanın aparılması ilə paralel olaraq COVİD-19-un daha geniş ərazidə yayılmasının qarşısının alınması üçün digər profilaktik tədbirlər də davam etdirilir.
Valeh Anaroğlu
- Baxış: 289