Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb. Danışıqlar Antalyada keçirilib. Görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib. Müzakirələr bir saat davam edib. Görüşdən sonra Dmitri Kuleba mətbuat konfransında deyib ki, atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər. Kuleba ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldiyini, humanitar dəhlizlərin işə düşməsinə ümid etdiyini bildirib. "Rusiya bunu istəmirsə, biz müharibəni dayandıra bilməyəcəyik. Çünki Rusiyanın atəşkəs elan etməsi real görünmür. Amma Ukrayna güclüdür və mübarizə aparmağa davam edir. Diplomatik həlli görmək istəyirik. Lakin təslim olmayacağıq” - deyən XİN başçısı söyləyib ki, Rusiyanın işğal etdiyi regionlardakı torpaqların azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklər. **Lavrov isə ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: Sitat: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik. “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik. Qərbin tək istəyi Ukraynanı Rusiyaya qarşı qoymaqdır.***Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçtərəfli görüşün yekunu ilə bağlı danışıb. :Bir görüşdən möcüzə gözlənilməməlidir, bu, başlanğıcdır. Ukrayna tərəfi Zelenskinin görüşə hazır olduğunu bəyan etdi - deyə Çavuşoğlu bildirib.
- Baxış: 508