• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 09.03.2022 20:03

18 km arx lildən təmizlənib

KepezTV Player

Göygöldə yaz əkinlərinin kütləvi suvarılmasını vaxtında təmin etmək üçün tədbirlər görülür. Rayon ərazisindəki arx və kanallar lildən təmizlənir.

Göygöl rayonunda 15 min 200 hektar əkinə yararlı torpaq sahəsi var. Melioratorlar yaz əkinlərinin suvarılmasını vaxtında təmin etmək, həm də su itkisinin qarşısını almaq üçün təmir işləri aparır. İndiyə kimi rayon ərazisində 18 km uzunluğunda arxlar lildən təmizlənib.

Həmçinin rayon ərazisində suya ehtiyac olan ərazilərdə yeni subartezian quyuları da qazılır. Artıq bu quyulardan biri hazırdır, digərində isə qazma işləri gedir.

Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun Üçtəpə kəndində yeni subartezian quyusu qazılır. Bu quyuda işlər başa çatdıqdan sonra kəndin təxminən 150-ə yaxın ailəsi bu subartezian quyusundan istifadə edəcək. İşlərin isə bu ayın sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay, Qoşqar çaylarının məcaralarında da müvafiq işlər aparılır. Nadel, Mollaosman, Qızılca və Bəhrəmbağ arxların və kanalların dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə də möhkəmləndirilibdir.

Rayonda əkin sahələrini suvarmaq üçün 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür.

Elnur Vahidoğlu