• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2455
— 09.03.2022 10:09

Yanğın zamanı 300-ə yaxın cücə tələf olub

KepezTV Player

Gəncədə yanğın baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən həyət evlərinin birində qeydə alınıb. Vətəndaş Saleh Qasımova məxsus 25-30 kv m olan yardımçı tikilidə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı 300-ə yaxın cücə yanaraq tələf olub, yardımçı tikili isə yararsız hala düşüb. İlkin ehtimallara görə yanğın qısaqapanmadan baş verib. Hadisənin baş vermə səbəbləri araşdırılır.