• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1451
— 08.03.2022 20:23

Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib

KepezTV Player

“Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik”.Bunu Ukrayana Prezidenti Volodimir Zelenski ABŞ-ın “ABC News” telekanalına müsahibəsində jurnalistin Krımın və Donbasın tanınması ilə bağlı sualına cavabında bildirib. Vurğulayıb ki, NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil.Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq, NATO-dan soyumuşam deyən Zelenski Ukraynada insanların ölümündə Rusiyanı günbahlandırıb, Qərbin məsuliyyət daşıdığını deyib.

Volodimir Zelenski Ukrayna Prezidenti:“Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var - bu gün buradadır, sabah Polşa, Almaniyada ola bilər.ABŞ Prezidenti Cozef Baydenə ən əhəmiyyətli məsələnin hava məkanının təhlükəsizliyi olduğunu söylədim. Çünki bizi bombalayılar. Dünən Rusiyanın bir raketi Xarkov şəhərində universitet binasına düşdü. Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq.Məktəblər, nüvə obyektləri bombalanır. Məni buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm.13 gündür biz yalnız vədlər eşidirik və 13 gündür deyirlər ki, indilərdə havadan yardım edəcəyik, təyyarələr olacaq.Ukraynada aviazərbələr nəticəsində həlak olanlara görə məsuliyyəti Rusiya daşıyır. Qərbdə kabinetlərdə oturub Ukrayna səmasının təhlükəsizliyi ilə bağlı qərar verməyənlər də məsuliyyət daşıyırlar. Dünya liderləri bu müharibənin dayandırılması üçün səylərini artırmasalar mən bütün dünya xalqlarına bu soyqırımla bağlı müraciət edəcəyəm