KepezTV Player
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.Keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.Ümumilikdə 40 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.
- Baxış: 763