• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 08.03.2022 13:52

Ölkəmizdə Yel çərşənbəsi qeyd olunur

KepezTV Player

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır. Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Masanın üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.