• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 08.03.2022 13:49

Rusiyanın hərbi müdaxiləsinin mühairbənin 13-cü günü

KepezTV Player

Martın 7-dən 8-nə keçən gecə Rusiya ordusunun döyüş təyyarələrinin Ukraynanın Sumı şəhərini bombalaması nəticəsində 2-si uşaq olmaqla 9 dinc sakin ölüb. Bomardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub. Binanın dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb. Rusiya ordusunun aviazərbəsi nəticəsində Jitomir vilayətinin Çernyaxiv şəhərindəki neft bazasında baş verənş yanğınsa söndürülüb. Ötən gün Jitomir vilayətindəki iki neft bazasında - vilayət mərkəzində və Çernyaxiv şəhərində yanğınlar iki hava zərbəsi nəticəsində baş vermişdir.Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, müdafiə qüvvələrinin qruplaşması müəyyən xətlər üzrə Cənub, Şərq və Şimal əməliyyat zonalarında müdafiə əməliyyatını davam etdirir. Severski istiqamətində Çerniqov və Kiyev şəhərinin qəhrəmancasına müdafiəsi aparılır. Cənub əməliyyat zonasında dövlət sərhədi və dəniz sahili boyunca müdafiə əməliyyatı gedir, Nikolayev şəhərətrafı ərazilərdə müdafiə döyüşləri aparılır.Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın irəliləmə sürətinin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.