• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 08.03.2022 11:02

Möcüzə qadın

Rejissor(lar): Petti Cenkins
Ssenarist(lər): Zak Snayder
Baş Rollarda:Qal QadotKris Payn
Digər Rollarda:  Konni NilsenRobin Rayt

Amazonların vətəni olan Temiskira adasında doğulmuş və orada yaşayan Diana Amazon döyüşçüsü olmağı arzulasa da, onun anası - kraliça İppolita qızına döyüş sənəti ilə məşğul olmağı qadağan edərək, insanların qədim dövrdə amazonları əsir etmələri, müharibə tanrısı Aresin insan xislətini pozması, Diananın atası Zevs də daxil olmaqla, bütün tanrıları öldürməsi haqqında hekayələr danışır. Zevz ölməmişdən əvvəl, geri qayıdacağı təqdirdə oğlu Aresi öldürməyə qadir silah hazırlayır. Anasının sözlərinə görə, Diana gildən hazırlanıb və Zevs ona ruh verib. Lakin anasının qadağalarına fikir verməyən Diana xalası Antiopa ilə birlikdə gizlincə məşq edir. İppolita bundan xəbər tutur və Diananın tanrı gücünə malik olmasını öyrənənə qədər məşqlərə icazə verir.