• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2413
— 07.03.2022 20:44

Zelenski: "Bayrağımızda ləkə yoxdur"

KepezTV Player

“Bizim bayrağımızda qan, qara ləkə, bataqlıq yoxdur və heç vaxt olmayacaq”. Bunu bu gün Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib. “Ukrayna bayrağı dinc, məhsuldar, qızıl tanksız torpaqdır. Bu, dinc, təmiz, mavi və raketsiz səmadır. Belə olub, belə də olacaq”, - Zelenski deyib. V.Zelenski dünyanı rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə, Rusiyanın ixracatından, xüsusi ilə neft və neft məhsullarından imtinaya çağırıb. “Biz 12 gündür müdafiə olunuruq. Biz heç vaxt müharibə istəməmişik. Onu bizə gətiriblər. Biz heç vaxt öldürməyi arzulamamışıq, ancaq bizə öldürmək qismət olub”,- deyə dövlət başçısı söyləyib.