• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 07.03.2022 20:43

Bəylər 8 Marta necə hazırlaşırlar?

KepezTV Player

Sabah bütün dünya 8 Mart - Beynəlxalq Qadınlar Gününü qeyd edəcək. Bu bayram Azərbaycanda da geniş qeyd olunur. 8 Marta xüsusilə kişilər özəl olaraq hazırlaşırlar - güllər, çiçəklər, bir-birindən maraqlı hədiyyə seçimləri... Əməkdaşımız Nərgiz Əhmədqızı Gəncədə bayram hazırlığı, qiymətlərlə maraqlanıb. İzləyək.

Bütün dünyada qeyd olunan 8 mart beynəlxalq qadınlar günü Azərbaycanda da təntənəli şəkildə qeyd edilir. Bəs maraqlıdır Gəncə şəhərinin sakinləri bu bayrama necə hazırlaşırlar? Şəhərimizin əsas küçələrində ab-havayla sizi tanış edəcəyik, həmçinin qiymətlərlə maraqlanacağıq

Əşrəf Cəfərov florist: 8 mart yaxınlaşanda bəylərimiz gəlir ən çox oyuncaq ayılar və təbii güllərlə maraqlanırlar. Qiymət artımı təbii ki, olur. 8 marta özəl qiymətlər qalxır. Bizdə qutuların qiyməti 15 manatdan 250-a qədər. Oyuncaq ayıların qiyməti 5 manatdan 450 manata qədərdir. 8 marta görə yeni 5 illik rozalar gəlib, həmçinin əlavə qutu güllər və oyuncaq ayılar.

Pərviz Əsgərov müştəri: Hər il olduğu kimi mən də gəldim anama gül almağa. Qiymətlər münasibdir amma ötən illərə baxanda artım var. Buna baxmayaraq çeşid çox olduğu üçün istənilən seçim edib normal bir hədiyyə almaq olar. Bu il gül buketi almağı düşünürəm. təxminən 30-40 manat civarında.

Hədiyyə mağazaları ilə yanaşı, şəhərin kafe və restoranlarında da sıxlıq müşahidə olunur. 8 marta özəl olaraq hazırlaşan sahibkarlar, xüsusən canlı musiqiyə, dekorasiyaya önəm verirlər.Məkan sahibləri belə özəl gündə rezervasiyanın şərt olduğunu deyirlər.

Fidan Məmmədova administrator: Bayram qabağı olduğu üçün bolluqdur. Bunun üçündə rezervlə qəbul edirik qonaqları. Həm əsas zalda həmdə kabinetlər yerlər var. Kabinetlər və zal xüsusi olaraq güllərlə, ləçəklərlə bəznir. Zalda isə 13.00-dan 23.00-a qədər canlı musiqi, dj fəaliyyət göstərəcək. Eyni zamanda xannımlar üçün viktorinalar olacaq. Müştərilərimiz əvvəlcədən yaxınlaşıb beh veib rezerv eləməlidirlər.

Qadınlar tək bir gün yox, hər gün sevgiyə, hörmətə və diqqətə layiqdirlər. Biz də Kəpəz TV kollektivi olaraq bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirik! Hər zaman xoş günlər arzulayırıq!

Nərgiz Əhmədqızı