• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1331
— 07.03.2022 20:37

Tərtərdə silah-sursat aşkar edilib

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinə məxsus tərk edilmiş silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.