• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 06.03.2022 19:38

Ölüm riski olan rinoplastika əməliyyatları

KepezTV Player

İnsanlar hər zaman gözəl görünməyə çalışırlar. Xüsusən də qadınlar. Gözəllik isə loru dildə desək qurban tələb edir. Müasir dövrümüzdə bu qurban estetik əməliyyat masasına uzanmaq sayılır desək, bəlkə də yanılmarıq. Ancaq təəssüf ki, heç də hər əməliyyat uğurlu alınmır. Xüsusəndə son zamanlar daha çox müraciət olunan burun əməliyyatları. Bəs insanlar riskli olduğu halda niyə əməliyyat masasını seçirlər? Doğurdanmı ehtiyacları var deyə əməliyyat olunurlar? Rinoplastikanın risklərindən danışacağıq qarşıdakı sujetdə.

Rinoplastika ölkəmizdə müraciət olunan əməliyyatlar sırasında demək olar ki, birincidir. Bəs müraciətlərin sıx olmasına səbəb nədir? Sırf gözəllik üçünmü insanlar özlərini təhlükəyə atırlar?

Son illər Azərbaycanda burun estetik əməliyyatına maraq digər əməliyyatlara nisbətən kəskin artıb. Xüsusən də gənclər arasında. Kimiləri burnun əsas funksiyası olan tənəffüsün bərpası üçün, kimiləri isə estetik gözəlləşdirmə üçün əməliyyatı seçir. Təbii ki, bu gözəlləşmə də hər zaman uğurlu alınmır. Ölüm riskinə gəldikdə isə bütün əməliyyatlarda olduğu kimi rinoplastikada da belə hallar yaşana bilər.

Həkim otolarinqoloq Mayıl Əliyev bildirir ki, əvvəllər müraciət edən pasientlərin içərisində sadəcə qadınları görürdüksə artıq bu hal kişilərdə də müşahidə edilir. Hətta kişi pasientlərin sayında artım var.

Həkimlər isə məsləhət görür ki riskli həmçinin uğursuz alınma ehtimalı da olan burun əməliyyatlarına getməmişdən əvvəl insanlar bir daha düşünsünlər. İnsanlar doğurdanmı ehtiyacları var deyə əməliyyat olunur sualı isə hər zaman müzakirə mövzusu olaraq qalsa da hələ də dəqiq cavablar yoxdur.

Aişə Rzayeva