• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 06.03.2022 19:50

Ödənişsiz hüquqi yardım aksiyası keçirilib

KepezTV Player

Milli Məclisinin bir qrup deputatının təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Gəncə və Şəmkir Vəkil Bürolarının vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən aksiyaya Şəmkir, Şəmkir-Daşkəsən, Samux-Şəmkir və Şəmkir kənd seçki dairələrinin əhatə etdiyi ərazilərdə yaşayan 200-dən artıq aztəminatlı sakin qatılıb. Müraciətçilərə şifahi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və digər ödənişsiz xidmətlər təqdim olunub. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilməsi təmin olunub.