KepezTV Player
Goranboy rayonun Ağcakənd qəsəbəsində yaşıyan Xocalı rayon sakinlərinin 75 faizinə koronavirus əleyhinə peyvənd vurulub. Qəsəbə sakinlərinin üçüncü doza vaksinasiyası da aparılır.
Goranboy rayonunun Ağcakənd qəsəbəsində və ətraf 7 kənddə ümumilikdə 3 minə yaxın Xocalı sakini yaşayır. Onların covid-19 əlehinə vaksinasiyası isə rayon Mərkəzi Xəstəxanasında aparılır. Ambulator poliknika kimi fəaliyyət göstərən xəstəxanada vaksinasiya üçün bütün imkanlar yaradıllıb.
Rayon xəstəxanası tərəfindən test edilənlərdən 150 nəfərində COVİD 19-a yoluxma halı aşkar edilib, onlardan 44-ü dünyasını dəyişib. Hazırda 1 nəfər aktiv xəstə qeydiyyatdadır ki, o da ev şəraitində müalicə alır.
Elnur Vahidoğlu
- Baxış: 577