• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 04.03.2022 15:52

Üzüm bağlarında mövsümi hazırlıq və zərərvericilərlə mübarizə

KepezTV Player

Ağstafadan olan üzümçü-fermerlər, sahibkarlar və üzüm bağı sahibləri məhsuldarlığın və keyfiyyətin artırılmasını təmin etmək üçün üzüm bağlarına qulluq, eləcə də zərərli orqanizmlərə qarşı qabaqlayıcı zəruri aqrotexniki tədbirlər barədə maarifləndiriliblər. Təlim iştirakçılarına üzümün innovativ becərilmə texnologiyasından danışılıb. Tövsiyə olunub ki, hər bir üzüm sortunun inkişafı, becərilməsi ilə bağlı özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq mövsümi fərqli aqrotexniki becərmə, mühafizə və qulluq tədbirləri həyata keçirilməlidir. Alaq otlarına qarşı effektiv mübarizə aparılmalıdır. Fermerlər gübrələrdən istifadə barədə də geniş məlumatlandırılıblar. Üzümdə qızılı saralma fitoplazması, Pirs xəstəliyi, Üzüm bitkisinin sarı damar mozaik virusu xəstəliyi Azərbaycan şəraitində üzüm bağları üçün üçün böyük təhlükə yaradır. Üzümçülük təsərrüfatı olan sahibkarlar bitki mühafizə tədbirlərinin düzgün və vaxtında aparılmasına ciddi yanaşmalıdırlar.

Aysel Səlimova - AQTİ-nin mütəxəssisi: Üzümün inkişaf və boyatmasına, məhsuldarlığına təsir edən digər amillər - üzümün əsas xəstəlik və zərərvericiləri, onlara qarşı tətbiq olunan effektiv mübarizə tədbirləri, qida maddələrinin çatışmazlığı səbəbindən üzümdə yarana biləcək xəstəliklər və onların aradan qaldırılması yolları barəsində ətraflı məlumat verilib. Hər bir üzüm sortunun inkişafı, becərilməsi ilə bağlı özünəməxsus xüsusiyyətləri nəzərə alınaraq mövsümifərqli aqrotexniki becərmə, mühafizə və qulluq tədbirləri həyata keçirilməlidir. Üzüm bağlarında torpağın düzgün və vaxtında becərilməsi olduqca mühüm aqrotexniki tədbir sayılır. Üzüm tənəklərinin məhsuldarlığı da məhz bu amildən çox asılıdır. Torpaq becərildikdə alaq otlarına qarşı effektiv mübarizə aparılmalıdır. Belə ki, alaq otları ilə mübarizə düzgün aparılmadıqda, alaqlar inkişaf edərək xəstəlik və zərərvericilərin inkişafına şərait yaradır.