• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 04.03.2022 11:53

Nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq

KepezTV Player

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Zaporojyedə Avropanın ən böyük nüvə stansiyasını atəşə tutmasından sonra mümkün nüvə fəlakəti təhlükəsi barədə xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, partlayış baş versə, bu, təkcə Ukraynanın deyil, bütün Avropanın sonu olacaq. O, dünya dövlətlərini Rusiya rəhbərliyinin əməllərinə qarşı təcili cavab verməyə çağırıb.

Volodimir Zelenski - Ukrayna Prezidenti: Partlayış olarsa, bu hamının sonu olacaq. Bütünlükdə Avropanın sonu. Yalnız Avropanın təcili tədbirləri rus qoşunlarını dayandıra bilər. Böyü bir qitənin atom elektrik stansiyasındakı fəlakətdən zərər görməsinə imkan verməyin. İndi oyanmaq vaxtıdır. Avropanın ən böyük atom elektrik stansiyası hazırda yanır. Rusiya tankları nüvə bloklarına atəş açır. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Bu o deməkdir ki, onlar nəyə atəş açdıqlarını bilirlər. Bunun üçün əvvəlcədən hazırlaşıblar. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 belə blok var. Bu, vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.