KepezTV Player
Müdafiə Nazirliyinin məlumatına görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 227