• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 03.03.2022 13:42

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

KepezTV Player

“Bütün istiqamətlərdə uğursuzluğa düçar olan işğalçı qüvvələr gecə saatlarında iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıblar”. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.“Ukrayna Silahlı Qüvvələri müəyyən sərhədləri əzmlə müdafiə edib və müxtəlif istiqamətlərdə işğalçı qüvvələrə qarşı əks-hücum etməyə, həmçinin işğalçı qüvvələrin əngəllənməsini davam etdirib. Rusiya Silahlı Qüvvələrinin bir hissəsi yenidən qruplaşdırılaraq Brovarı və Kiyev istiqamətində hücuma keçməyə çalışır" - deyə nazirliyin məlumatında qeyd olunub. O da bildirilib ki, fevralın 24-dən martın 3-dək olan müddət ərzində hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 9 minə yaxın hərbçisi ölüb.