• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2496
— 03.03.2022 12:29

Rumıniyadan növbəti təxliyə

KepezTV Player

Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu bu gün Bakı vaxtı ilə saat 13:00-a planlaşdırılıb. Həmvətənlərimizin daşınmasını həyata keçirən reys ötən gün saat 16:00-a nəzərdə tutulmuşdu. Xarkov şəhərinin atəşə tutulması nəticəsində xəsarət alan azərbaycanlı sürücülərin vəziyyəti isə qənaətbəxşdir. Onlardan biri ambulator müayinə olunub. Digər iki nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Martın 2-də daha 12 yük maşını Moldova ilə sərhədə çatıb. Hazırda keçid üçün sənədləşmə işləri aparılır. Daha əvvəl təxliyə edilən 6 sürücü isə Bolqarıstan sərhədindədir. Vəziyyət gərginləşəndən sonra Xarkovu 1100 azərbaycanlı tərk edib.