• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 02.03.2022 19:50

Baş nazir və Əlaqələndirmə Qərargahının üzvləri azad edilmiş ərazilərdə

KepezTV Player

Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.“Azərenerji”nin Füzulidə yeni istismara verilən elektrik stansiyası, Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərə, həmçinin Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Zəngilan Hava Limanında diqqətə çatdırılıb ki, Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır. Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub. Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Xocavənd rayonuna da səfər edilib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olub.