• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 02.03.2022 20:00

“Şuşa İli”nə həsr edilən beynəlxalq konfrans

KepezTV Player

Respublikamızda "Şuşa İli" çərçivəsində ilk dəfə olaraq Beynəlxlaq elmi konfrans keçirilib. Ermənilərin Qarabağda törətdikləri vandalizm və hazırda bölgədə olan yenidənqurmaya həsr edilən konfranda Gəncəni gənc alim Elnur Həsənov təmsil edib.

İqtisadiyyat və Təhsil Nazirliklərinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universtetində keçirilən “Münaqişədən sonrakı Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda II Beynəlxalq Elmi Konfransda dünyanın 14 ölkəsini təmsil edən 127 alim- tədqiqatçı iştirak edib. Çıxışlarda ermənilərin Azərbaycana köçürülmə tarixindən, onların Azərbaycana qarşı torpaq iddiasından geniş söz açılıb. İşğaldan azad edilən Qarabağ bölgəsində ekoloji terorun nəticələrinin öyrənilməsi və bunun aradan qaldırılması mövzusunda çıxışlar edilib. Konfransın plenar iclaslarında isə AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Gəncə Səbzikar abidəsi bəşəriyyətin mədəni irs nümunəsidir” mövzusunda elmi məruzə ilə çıxış edib.

Çıxışlar ətrafında həm yerli, həm xarici alimlərin çoxsaylı sualları cavablandırılıb. İnnovativ texnologiyaların qərb bölgəsində, Gəncəbasar və Qarabağda tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirilib.

Konfransda mövzu üzrə 172 məruzə dinlənilib, fikir mübadiləsi aparılıb.

Elnur Vahidoğlu