• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 02.03.2022 19:58

COVİD-19 ilə mübarizədə şəxsi gigiyenanın önəmi

KepezTV Player

Pandemiya dövründə gigiyenik qaydalara əməl olunması vacib şərtlərdəndir. Koronavirusun yayılmasının qarşısının alınması üçün qapalı yerlərdə, xüsusən də əhalinin daha çox istifadə etdiyi məkanlarda tibbi maska və qoruyucu məhlullardan istifadə ilə yanaşı, şəxsi gigiyenik qaydalara da əməl olunmalıdır.

Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparılsa da, məsuliyyətsizlik nəticəsində bəzən xoşagəlməz hallar baş verir. Bu hallardan sığortalanmaq üçün tək seçim var, tələb olunan qaydalara riayət etməkdir.

Sanitar gigiyenik normaların tələblərinə əsasən antiseptik məhsulların istifadəsi zəruridir. Xüsusən də dezinfeksiyaedici məhlullardan və tibbi maskalardan istifadə etmək lazımdır. Bəs sağlamlığın qorunması üçün daha hansı gigiyenik qaydalara əməl etməliyik?

Hal-hazırda xəstəliklə mübarizədə ən effektiv üsul peyvəndləmədir. Odur ki, ölkə əhalisi nə qədər tez vaksin olunsa, kollektiv immunitet yaranar. Eləcə də qoyulan tələblərə də ciddi yanaşılarsa COVİD-19 bəlasından xilas olmaq mümkün olar.

Valeh Anaroğlu