• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1852
— 02.03.2022 15:46

Narkotik və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Samux rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Tahir Bədəlov saxlanılıb. Onun əlindəki çantaya baxış keçirilən zaman 3 kq 640 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa şübhəli şəxsə məxsus çantadan bir ədəd istifadəyə yararlı, lülə və qundağı kəsilmiş tüfəng də aşkarlanıb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.