• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 02.03.2022 15:51

Bitki sağlamlığına dair maarifləndirici təlim

KepezTV Player

Bölgələrdə bitki sağlamlığı üzrə fermerlərin maarifləndirilməsi ilə bağlı təlimlər davam edir. Budəfəki təlim kartof bitkisinin becərilməsində ən mühüm aqrotexniki üsullar, müasir becərmə texnologiyası, zərərverici və xəstəliklərlə mübarizədə yeniliklər mövzusunda olub. Təlimdə Tovuzdan olan iri təsərrüfat sahibləri və fermerlər iştirak ediblər.

Tovuzun torpaq-iqlim şəraiti kartofçuluğun inkişafı üçün əlverişli olsa da keyfiyyətli və bol məhsul əldə etmək üçün düzgün əkin və aqrotexniki qulluq vacib tədbirlərdəndir. Torpağın kartofun becərilməsinə hazırlığı məhsuldarlıqda mühüm amillərdəndir. Toxumun bölgənin iqliminə uyğun, sağlam və keyfiyyətli olması, vaxtında və düzgün əkilməsi, məhsuldarlığın artırılmasında qida rejiminin nizamlanması keyfiyyətli məksulun əldə edilməsinə imkan verir. Təlimdə becərilən bitkinin zərərli orqanizmlərdən mühafizəsi, alaq otlarının vaxtında təmizlənməsi, xəstəlik və zərərvericilərə qarşı effektiv mübarizə tədbirlərindən danışılıb.

Tovuzda kartofçulyqla məşğul olan fermerlərə zərəri azaltmaq məqsədilə istifadə olunan herbisid, funqisid və insektisid kimi kimyəvi maddələrin düzgün tətbiqinin əhəmiyyətindən danışılıb. Səmərəli mübarizə tədbirlərinin aparılmamasının becərməni çətinləşdirdiyi, bitkinin məhsuldarlığına və keyfiyyətinə mənfi təsir göstərdiyi vurğulanıb.

Fermerlərə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin hazırladıqları maarifləndirici bukletlər paylanılıb, fikir mübadiləsi aparılıb, fermerlərin sualları cavablandırılıb. Əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı kartof sortlarının seçilməsi ilə bağlı mütəxəssis tövsiyələri verilib.