• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 02.03.2022 12:19

Yanğın zamanı ev sahibi ölüb

KepezTV Player

Gəncədə yanğın olub. Hadisə şəhərin Şərəfxanlı küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyünün 100 m² sahədə yandığı qeyd olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü, yataq xəstəsi Hüseynov Tofiq Müseyib oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.