• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 01.03.2022 11:47

Qazaxda mərkəzi bazarda yanğın olub

KepezTV Player

Qazax şəhərinin mərkəzi bazarında yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar. Yanğının geyim mağazalarında baş verdiyi və obyektlərin bir-birinə bitişik olması səbəbindən digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Alov geniş əraziyə yayılmasına imkan verilməyərək qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mərkəzi bazar ərazisində sahələri müvafiq olaraq 72 kv.m və 20 kv.m. olan iki geyim mağazası yanıb. Bazarın böyük hissəsi, o cümlədən bitişik mağazalar alovdan mühafizə olunub.