• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 28.02.2022 20:08

Əmisi qızını dağlıq əraziyə aparıb qətlə yetirdi

KepezTV Player

Şəmkirdə qətl törədilib. Rayonun İrmaşlı kəndinin Suludərə adlanan ərazisində 24 yaşlı Piri Piriyev əmisi qızı, həmyaşıdı Aytac Piriyevanın boğazını mətbəx bıçağı ilə kəsib. Məlumata görə, Piri Aytacı evdən çağıraraq avtomobili ilə kəndin kənarındakı dağlıq yerə aparıb. Daha sonra onlar arasında mübahisə yaranıb və Piri üzərində olan mətbəx bıçaqı ilə əmisi qızına bir neçə dəfə xəsarət yetirib. Gənc qız aldığı ağır xəsarətdən həyatını itirib. Daha sonra Piriyev polisə gedərək əməlini etiraf edib. Hadisəsi ilə bağlı cinayət işi açılıb.

Nicat Məmmədli - Şəmkir Rayon Prokurorluğunun müstəntiqi: Aparılmış ilkin istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, Piri Piriyev qısqanclıq niyyəti ilə qəsdən öldürmək məqsədilə Suludərə adlanan ərazidə mətbəx bıçağı ilə doğma əmisi qızı Aytac Piriyevanın boğazını kəsərək qəsdən öldürüb və polisə gələrək törətdiyi cinayət əməli barədə məlumat verərək təslim olub”.