KepezTV Player
Ukraynadakı vəziyyətlə əlaqədar Moldovaya gələn daha 174 azərbaycanlı bu gün Rumıniyaya keçiriləcək. Bunu Trend-in suallarını cavablandırarkən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib. Q.Osmanovun sözlərinə görə, hazırda Moldovada 500-ə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunmasını gözləyir. Səfir Ukraynadan gələn hər bir vətəndaşımızın müxtəlif yerlərdə yerləşdirildiyini əlavə edib.
- Baxış: 555