• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2261
— 25.02.2022 19:43

Goranboyda sərnişin sürücünü bıçaqlayıb

KepezTV Player

Goraboyda bıçaqlanma hadisəsi baş verib.Samux rayonunun Alıuşağı kənd sakini, 1955-ci il təvəllüdlü Orucov Qafqaz Xasay oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb. Məlumata görə, bir nəfər taksi fəaliyyəti ilə məşğul olan Q.Orucova yaxınlaşaraq onu Goranboyun Səfikürd kəndinə aparmasını təklif edib. Hadisə də sürücü müştərini dediyi ünvana aparanda baş verib. Faktla bağlı araşdırma aparılır.